Təcili yardım

Azərbaycan Estetik Təbabət Assosiasiyası aparat və inyeksiya kosmetologiyası, estetik cərrahiyyə sahəsində qabaqcıl təcrübələri təbliğ edir və bu sahədə yeganə təşkilatdır ki  təhlükəsizlik və maarifləndirməyə həsr olunmuş  işlər aparır, yerli və beynəlxalq konfranslarda, tematik kurslarda, kadavtr kurslarında, özəl təcrübədə təlim keçmiş və kurslarda iştirak edən estetik plastik cərrahiyyə, kosmetologiya sahələrin mütəxəssislərinin böyük əksəriyyətini təmsil edir.

AETA-nın bütün üzvləri ən yüksək səviyyədə təlim və ixtisasa malikdirlər və apparat-inyeksiya kosmetologiyası, estetik cərrahiyyə sahəsində mükəmməlliyə nail olmaq üçün çalışırlar. Üzvlərimiz:

  • İctimaiyyətin maarifləndirilməsi;
  • Yeni estetiklər, kosmetoloqlar və cərrahlarımıza dəstək;
  • Gələcəyin formalaşdırılması sahəsi  üzrə daima çalışırlar.