Bütün dünyada estetik və anti-age təbabətin yüksək inkişafı, istifadə olunan metodikaların, preparatların təhlükəsizliyi və keyfiyyətinə artan tələblər, istehlak mədəniyyətinin yüksəlməsi ilə bağlı məsələlər Şərqi Avropa və keçmiş Sovet İttifaqı məkanının ən maraqlı elmi forumlardan birinin - Azerbaijan Aesthetic and Anti-Age Medicine Congress (AAAMC)-nin yaranmasına səbəb oldu.
Təşkilatçılar – Pharmanova, Beauty Aesthetics tibbi şirkəti və IMCAS-ın dəstəyi ilə (Dərinin yaşlanması üzrə beynəlxalq ustad dərsləri və konqres) 2014-cü ildə 1-ci konqresi uğurla keçirərək, multikultural Bakı 2024-cü ildə özünü dinamik inkişaf etmiş dünya şəhərlərindən biri kimi – yeni elmi və biznes mərkəzi, “gözəllik” biznesi, inanılmaz tarixi, müasir və futuristik çalarları ilə fərqlənən şəhər kimi artıq 10-cu dəfə 800-dən çox "gözəllik" sahəsinin həkim-mütəxəsislərini AAAMC-2024 qəbul edəcək. Mütəxəsislər
- Konqres əvvəli və sonrası (pre-, post-) kurslar;
- 2 gün ərzində zəngin elmi proqram;
- 35-dən artıq dəvət olunan mütəxəsislər;
- Dünyanın qabaqcıl, təcrübəli ekspertlərinin müşahidəsi ilə mütəxəssis dərslərində iştirak etmək imkanı;
- Aparıcı dünya brendlərindən ibarət olan sərgi stendləri;
- Möhtəşəm və təmtaraqlı Qala-axşamında təntənəli ''Art of Beauty'' ilin mükafatlandırma mərasimində iştirak etmək fürsətini qazanır.
Daha geniş məlumat videoçarxda və www.aaamc.az


Dəyərli həmkarlar!
Estetik və Anti-Eyc Təbabət üzrə Azərbaycan Konqresi (AAAMC) Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Elmi-Tibbi Şurasının 10 oktyabr 2023 il tarixli qərarı ilə akkreditasiya olunub və 22 DTT kredit balı ilə qiymətləndirilib.
Bu ballar 5 ildən bir keçirilən sertifikasiya prosesinə necə təsir edir?
Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalidir. Sertifikasiya dövründə DTT-nin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir.