KEPRO tibbi kosmetologiya məktəbinin tədris proqramı tələbələrə tibbi-kosmetologiya ixtisası üçün əhəmiyyətli olan nəzəri biliklərin verilməsi və müasir tibbi estetik prosedurları icra etmək bacarıqlarına yiyələndirmək üçün təsis edilmişdir.
Tədris proqramı müxtəlif modullardan ibarətdir:
- Fundamental tibbi kosmetolojı proqram - yüksək tibb təhsili olan şəxslər, tələbələr, rezidentlər bu proqramdan faydalanaraq inyeksionist-kosmetoloq kvalifikasiyası eldə edə bilərlər;
- Yüksək ixtisaslı tibbi kosmetolojı proqram - praktik fəaliyyətdə olan həkimlər bu proqramdan faydalanaraq təkmilləşib, yeni protokolları əyani və praktik təlimlər ilə mənimsəyə biləcəklər;
- Qeyri invaziv kosmetolojı proqram - orta təhsilli şəxslər bu proqram ilə ilkin kosmetoloji biliklərə yiyələnərək, SPA və üz baxım mütəxəssisi təyinatını əldə edə bilərlər.
Kepro School dinləyiciləri Buta Esthetic tibb şirkəti bazasında kursun nəzəri hissəsini və ultramüasir Kepro Esthetic & Antiage klinikasında praktiki hissəsinin tədrisini davam edirlər. Dinləyicilərimiz təhsil müddətində bütün material və preparatlarla təmin olunurlar.
Təhsil nəticəsində dinləyicilər yekun imtahanları uğurla verərək akkreditasiya olunmuş diplomla təltif olunurlar.
KeproSchool-u seçməklə siz hansı üstünlükləri əldə edirsiniz?
- KeproSchool - akkreditə olunmuş kosmetologiya məktəbidir;
- Diplomlar və sertifikatlar beynəlxalq standartlara cavab verir;
- Müəllimlər təcrübəli həkim- kosmetoloqlar, böyük kosmetologiya şirkətlərinin təlimçiləri, beynəlxalq konfranslarda çıxış edən məruzəçilərdir;
- Estetik tibbin dünya ulduzları bizim məktəbdə Master klass verirlər.
Bu təhsil müəssisəsini bitirənlər AAAMC, İCA və digər irimiqyaslı tədbirlərdə iştirak etmək üçün xüsusi üstünlüklərə sahib olurlar. Kepro School Azərbaycanda tibbi kosmetologiya sahəsində prestijli İSO sertifikatlarınına sahibdir. Ölkədə yeganə məktəbdir ki, yüksək təhsil keyfiyyətə və beynəlxalq standartlara uyğunluğu təsdiqləyən bu mühüm sertifikatlara malikdi. Alınan sertifikatlar:
ISO 9001-2015 / ISO 21001:2018 / ISO 10002:2018
Bu sertifikatların olması, alınan diplom və sertifikatın etibarlı olmasına və tibbi kosmetologiyada tanınmasına zəmanət verir.
Bizimlə təhsil alan tələbələr bu sertifikatlardan bir çox üstünlüklər əldə edirlər. Onlara kosmetologiya dünyasının ən qabaqcıl məlumat və texnikalarına çıxış təmin edilir.
Bizə qoşulun, keyfiyyətli və peşəkar təlimin bir hissəsi olun!
Bizimlə əlaqə
+994 055 225 42 82 (WhatsApp aktivdir)
Bizə abunə olun: @keproschool