BİZ KİMİK?
“Azərbaycan Estetik Təbabət Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Ədliyyə Nazirliyində qeydiyyata alınmış, Səhiyyə Nazirliyində akkreditasiya almış və digər dövlət qurumlarının dəstəyi ilə tibbi kosmetologiya və estetik cərrahiyyə sahəsinin inkişafı və tənzimlənməsi üçün yaradılmış təşkilatdır.
AETA-nın qlobal məqsədi - estetik təbabəti ciddi tibb səviyyəsinə çatdırmaq, ölkəmizdə tibbi turizmin inkişafına güclü dəstək verməklə yanaşı həmçinin, yüksək səviyyədə təlim-tədris mədəniyyətini yaratmaqdan ibarətdir.
AETA ölkədə estetik tibb mütəxəssislərini bizim səlahiyyət sahəmizdə qeyri-peşəkarlığdan qoruyan bir təşkilatdır.
Azərbaycan Estetik Təbabət Assosasiyası, AETA tərəfdaşlarıyla birgə fəaliyyətinə dair iş birliyinin artırılması, işgüzar əlaqələrin genişlənməsi, biznes imiclərinin yüksəlməsi, iqtisadiyyatın ayrı-ayrı estetik cərrahiyyə və tibbi kosmetologiya sahələrində fəaliyyət göstərən partnyorlar arasında müxtəlif tədbirlər vasitəsi ilə geniş əlaqələr qurulması və onların inkişafı üçün addımların atılmasıdır.
MƏQSƏDİMİZ
“Azərbaycan Estetik Təbabət Assosiasiyası” İctimai Birliyinin əsas məqsədi – Azərbaycanda tibbi kosmetologiya və estetik cərrahiyyə sahəsinin inkişafına yardım etməkdir.
Azərbaycan Estetik Təbabət Assosiasiyasının digər məqsədləri aşağıdakılardır:
- Gənc kosmetoloqlara, cərrah estetistlərə dəstək olmaq;
- Milli tibbi kosmetologiya və estetik cərrahiyyə sahəsinin maraqlarını müdafiə etmək;
- Milli tibbi kosmetologiya və estetik cərrahiyyə sahəsini Azərbaycanda və xaricdə təbliğ etmək.
TƏŞKİLAT KOMİTƏSİ
Elşən MƏMMƏDOV, Azərbaycan Estetik Təbabət Assosiasiyasının sədri.
Fikrət MEHDİYEV, AETA hüquq dəstəyi.
İradə ALİM, AETA elmi katibi.