Azərbaycanlı Amerika Əczaçılar Assosiasiyasının prezidenti Həsən Babazadə arasında ilk memorandum imzalanıb

Azerbaycanli Amerika Eczacilar Assosiasiyasinin prezidenti Hesen Babazade arasinda ilk memorandum imzalanib

Bu gün AETA-nın sədri Elşən Məmmədov  və Azərbaycanlı Amerika Əczaçılar Assosiasiyasının prezidenti Həsən Babazadə arasında ilk memorandum imzalanıb.

Azərbaycan Amerika Əczaçılar Assosiasiyası (İng: Azerbaijani American Pharmacists Association), Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən azərbaycanlı əczaçı mütəxəssisləri, o cümlədən də, Assosiasiyanın missiyasına və Azərbaycan əczaçılıq sektoruna marağı olan əcnəbi peşəkarları təmsil edən ən böyük və bu istiqamətdə bütün əczaçılıq peşəsini inkişaf etdirən yeganə təşkilatdır. Assosiasiyanın əsası qoyulandan bəri, bir çox peşəkar əczaçılar daxil olmaqla, ekspert heyətimiz Amerikada əczaçılıq və ona bilavasitə əlaqəli olan nanotexnologiya, biomühəndislik, biotexnologiya, biotəbabət kimi sahələrdə fəaliyyət göstərən peşəkarlara və təhsil alan tələbələrə dəstək olur. Amerikanın ən qədim şəhərlərindən olan Filadelfiya qərargahından Assosiasiyanın peşəkar heyətinin gündəlik fəaliyyətinə, yüksək səviyyəli idarə heyəti rəhbərlik edir. Assosiasiyanın idarə heyəti ABŞ-ın Pensilvaniya Universiteti, Amerika Əczaçılar Assosiasiyası, Yaponiyanin Kyoto Universiteti, Yaponiya Əczaçılıq Cəmiyyəti, Yaponiya Ksenobiotiklərin Tədqiqatı Cəmiyyəti, Naqasaki Universiteti, Ritsumeikan Universiteti və b. nüfüzlu institutlarla sıx əməkdaşlıq edir. Assosiasiya beynəlxalq təşkilatlarla birgə əczaçılıq peşəsinin institusionizasiyası və onun təcrübəsi üçün vahid hüquqi bazanın yaradılması kimi transformasiyaedici tədbirlər təşkil edir. Məqsədimiz müxtəlif karyera mərhələsində olan azərbaycanlı əczaçıların dünya səviyyəsində rəqabətliliyinin artırılmasına, davamlı təhsil, mürəkkəb problemlərin həllinə dəstək olmaq,  müasir qlobal səhiyyə mühitinə hazırlamaq, o cümlədən də, səhiyyə xidmətinin yükünü minimuma endirməklə, effektiv və təhlükəsiz dərman istifadəsini maksimuma çatdırmaq istiqamətində səmərəli tövhə verməkdir.

Azərbaycan Amerika Əczaçılar Assosiasiyası və Azərbaycan Estetik Təbabət Assosiasiyası arasında rəsmi olaraq əməkdaşlıq memorandumu imzalandı! Bu tərəfdaşlıq əczaçılıq və estetik təbabət sahələrində çalışan peşəkarlar arasında yeniliklər, tədqiqatlar və bilik mübadiləsi üçün yeni üfüqlər açır.

Gələcəyə baxaraq, bu memorandum peşəkar inkişafın genişlənməsi, tədqiqat imkanlarının artırılması və əczaçılıq təcrübəsinin estetik təbabət sahəsi ilə birləşdirilməsini təmin edəcək gələcək əməkdaşlıqlara yol açır. İmkanlar sonsuzdur və bu həyəcanverici səfərə birlikdə başlamağı səbirsizliklə gözləyirik!