Otorinolarinqoloqlar və plastik cərrahlar üçün ilk kadavr kursu

Azərbaycanın tibb ictimaiyyəti üçün əlamətdar hadisə: otorinolarinqoloqlar və plastik cərrahlar üçün ilk kadavr kursu!
Bu unikal kurs ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olub, Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Tədris və Simulyasiya Mərkəzində baş tutacaq.Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən dəstəklənir.
Professor Dr.Vəfa Pənahian @prof.vafa_panahian, Professor Dr.Nazim Hüseynov, Professor Dr.Selim Erbek @prof.dr.selimerbek, Tibb üzrə Fəlsəfə Doktoru Məzahir Quliyev @dr.mezahir.quliyev kimi cərrahiyyə sahəsində tanınmış mütəxəssislər və Dr. Elnur Əkbərov @uzmandrelnurakbarov iki gün ərzində kurs iştirakçıları ilə öz təcrübələrini bölüşdüb, çətin vəziyyətləri təhlil edərək müstəqil işlərində iştirakçılara dəstək olacaqlar.
Kurs çərçivəsində qulaq və sinusların cərrahi anatomiyası və rinoplastika cərrahiyyəsində müxtəlif texnika və yanaşmalar haqqında geniş məlumat veriləcək. Bu tədbir ölkənin aparıcı mütəxəssislərindən bilik və bacarıqlara yiyələnmək istiqamətində cərrahlar üçün unikal imkan verir.
Biz əldə olunmuş nailiyyətlərlə kifayətlənmirik!
Abunə olun və xəbərləri izləyin!