Zulfuqar Ferecov

Zülfüqar Fərəcov

Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professor
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Azərbaycan Tibb Universiteti Dəri-Zöhrəvi kafedrasının müdiri

Ümumi məlumat

Fərəcov Zülfüqar Həsən oğlu

Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professor

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu

İş Yeri, vəzifəsi:

Azərbaycan Tibb Universiteti Dəri-Zöhrəvi kafedrasının müdiri

Təhsili: 

1967-73-cü illərdə indiki Azərbaycan Tibb Universitetində təhsil almışdır.
1973-74-cü illərdə 5saylı Klinik Xəstəxanada həkim-intern kimi çalışmışdır.
1975-77-ci illərdə isə Sumqayıt şəhər 2 saylı Birləşmiş şəhər Xəstəxanasında həkim-terapevt işləmişdir.
1977-78-ci illərdə Sumqayıt şəhər Dəri-Zöhrəvi Dispanserində həkim-dermatoveneroloq kimi fəaliyyətini davam etdirmişdir.
1978-82-ci illərdə Bakı şəhər 2saylı Dəri-Zöhrəvi Dispanserində həkim-dermatoveneroloq işləmişdir.
1982-85-ci illərdə Moskvada Mərkəzi Dəri-Zöhrəvi Elmi Tədqiqat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını almışdır.
1986-87-ci illərdə Azərbaycan Tibb Universitetinin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır.
1990-cı ildə Moskvada doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
1991-ci ildən ATU-nun Dermatovenerologiya kafedrasında professor kimi fəaliyyətə başlamış və 2008-ci ildən isə həmin kafedranın müdiri vəzifəsində işləyir.
1999-cu ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Dermatoveneroloqu vəzifəsini də yerinə yetirən professora 2010-cu ildə professora “Əməkdar elm xadimi”fəxri adı verilmişdir.

 

150-dən artıq elmi məqalə, monoqrafiya, dərsliklər, tövsiyyələrlə yanaşı 4 elmi ixtiranın müəllifidir.