Sənan Kərimov
Ümumi məlumat
Tibb elmləri doktoru, professor
İş Yeri, vəzifəsi:
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının müdiri, Moskva Dermatoveneroloqlar Elmi Cəmiyyətinin və Türkiyə Dermatoveneroloqlar Elmi Cəmiyyətinin üzvü
Təhsili:
80-dən çox elmi işin, o cümlədən 1 monoqrafiyanın, 1 dərsliyin, 4 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi altında 1 doktorluq və 3 namizədlik elmi işləri aparılır.
1982-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Moskvaya, Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir və burada "Sarkoma Kapoşi" mövzusunda elmi araşdırmalar apararaq 1985-ci ildə bu mövzu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1990-cı ildə onun tərəfindən Psoriazla Mübarizə Mərkəzi yaradılmışdır. Bu mərkəzin məqsədi Azərbaycanda Psoriaz probleminin hərtərəfli öyrənilməsi və xəstələrə yüksək ixtisaslı müalicənin, profilaktik və mənəvi köməyin göstərilməsi olmuşdur.
Bu araşdırmanın elmi nəticəsi "Psoriazm. Epidemiologiya və genetika" monoqrafisaında öz əksini tapmışdır. Belə ki, bu elmi əsər ağır xəstəliyin kliniki epidemiologiyasının, etiopotagenezinin və müalicəsinin bütün aspektlərini özündə əks etdirir.
1983-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının dosenti vəzifəsinə təyin olunmuşdur.
1999-cu ildə Moskva şəhərinin Rusiya Fedrasiyasının Tibb Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunda "Psoriazın Azərbaycanda Epidemiologiyası" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Və həmin ildə t.e.d. alimlik dərəcəsinə layiq görülmüşdür.
2000-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I Prorektoru və 2001-ci ildə Dermatovenerologiya kafedrasının müdiri vəzifəsində işləyir.
2001-ci ildə t.e.d. S. H. Kərimovun böyük elmi pedaqoji fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının prezidenti H. Ə. Əliyevin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.