Mezahir Quliyev

Məzahir Quliyev

Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim otorinolarinqoloq

Ümumi məlumat

İş Yeri, vəzifəsi:

  • Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
  • Təkmilləşdirmə İnstitutu. Otorinolarinqologiya   Kafedrasının Assistenti

Təhsili: 

  • 1993-2000  Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi. 
  • 2000-2001  F. Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası, Qulaq-burun-boğaz xəstəlikləri şöbəsi, İnternatura 
  • 2003-2004  Yaroslavl tibb akademiyasının plastik və rekonstruktiv cərrahiyə şöbəsində prof. Pşenisnovun rəhbərliyi altında plastik cərrahiyə, prof. Kozlovun rəhbərliyi altında Mikroskopik və Endoskopik Sinus Cərrahiyyəsi üzrə kurslar.
  • 2007- ci ildəTürkiyə, Ankara şəhərində Ankara Egitim Araştırma Hastanesi, 1 aylıq təcrübə.
  • 2011  Almaniyanın Herford, Münxen və Shtutqart şəhər klinikalarında 3 aylıq Qulaq-burun-boğaz və Plastik cərrahiyə sahəsində elmi-praktiki təcrübə 
  • 2014  “22 th STUTTGART, Advanced Course for Funktional and Aesthetic Rhinoplasty” kurs, Almaniya  prof.Wolfgang Gubish.

İş təcrübəsi:

  • 2002-2003  2 saylı Bakı şəhər Poliklinikas, Qulaq-burun-boğaz həkimi 
  • 2002-2016 Akad.M.Mirqasımov adına RKX Otorinolarinqologiya şöbəsi, Qulaq-burun-boğaz həkimi 
  • 2016- indiyə kimi  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
  • Təkmilləşdirmə İnstitutu Otorinolarinqologiya Kafedrasının Assistentti 
  • Müxtəlif zamanlarda Türkiyə, Rusiya, İtaliya və Almaniyanın bir çox məhşur klinikalarında Qulaq, Burun, Boğaz ixtisası üzrə, eləcə də Mikroendoskopik cərrahiyyə və Lazer cərrahiyyəsi, Funksional və Estetik cərrahiyyə üzrə elmi-praktik təcrübə keçmişdir. 
  • Türk Kulak Burun Bogaz və Baş Boyun Cərrahiyəsi dərnəyinin, Türk Fassial Plastik Cərrahiyə dərnəyinin, Türk Rinoloji dərnəyinin, Avropa Fassial Plastik cərrahiyə dərnəyinin üzvüdür. 
  •  Əsas elmi və tibbi fəaliyyəti Burun və Burun ətrafı ciblərin patologiyaları, Funksional Endoskopik Sinus Cərrahiyyəsi, Rinoplastika əməliyyatları, qulaq-burun-boğaz xəstəliklərinin etiopatogenezi, müasir müayinə və müalicə üsullarının araşdırılmasına həsr olunmuşdur.  
  • 10 fevral 2016-cı il tarixdə Azərbaycan respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən Tibb Üzrə Fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir. 9 müxtəlif alət üzrə Patentin müəllifidir.  
  • Apardığı tədqiqatların nəticələri bir çox beynəlxalq və yerli elmi konfranslarda məruzəçi kimi çıxış etmişdir. Yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 20-dən artıq elmi çap işinin müəllifidir. 2018-ci ildə Azərbaycanda beynəlxalq iştirakçılarla təşkil edilmiş ilk Bakı Rinoplastika Günləri (Baku Rhinoplasty days) konfransının təşkilat komitəsinin üzvü, eləcə də konfransda iclas sədri olmuşdur.
  • Azərbaycanda Qeyri Hökumət təşkilatı olaraq “Rinologiyanın İnkişafına Dəstək” ictimai birliyinin təsisçisi və sədridir.