Kosmetoloji sahənin aparıcı mütəxəssisləri ilə AETA təqdimatında işgüzar söhbət

Kosmetoloji sahenin aparici mutexessisleri  ile AETA teqdimatinda isguzar sohbet

Aprelin 5-də AETA-nın (Azərbaycan Estetik Tibbi Assosiasiyası) növbəti rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə Zülfüqar Fərəcov, Fikrət Mehdiyev, Dilqəm Məhərrəmov, Zarina Abdullazadə, Fərid Eyvazov da daxil olmaqla kosmetoloji sahənin aparıcı mütəxəssisləri ilə işgüzar söhbətlər edilib. Sayt və ondan istifadə qaydaları, şəxsi kabinetlə iş prinsipləri barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb. Əlavə olaraq, AETA-nın sədri Elşən Məmmədov və elmi katibi İradə Alim Assosiasiyanın missiyası, məqsədləri və iş prinsiplərinə dair sualları ətraflı şəkildə cavablandırıblar. Tədbirdə iştirak edən hər kəsə dərin minnətdarlığımızı bildirir, növbəti görüşlərdə də birlikdə olmağı arzulayırıq!